ABBA-nın yeni albomu Böyük Britaniyada birinci yeri tutubbackend

ABBA-nın yeni albomu Böyük Britaniyada birinci yeri tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin bir vaxtlar məşhur musiqi qrupu olmuş ABBA-nın 40 ilə yaxın fasilədən sonra ərsəyə gətirdiyi ilk studiya albomu Böyük Britaniya hitləri arasında birinci sırada yer alıb.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, bu ayın əvvəlində işıq üzü görmüş “ABBA Voyage” albomu ilk 7 gün ərzində 204 min satış əldə edərək ilin ən sürətli satılan albomu olub.

Bu, həmçinin ABBA tərəfindən son 8 ildə buraxılmış ən çox satılan albomdur.