Abdullayeva yüksək vəzifəyə təyin olundubackend

Abdullayeva yüksək vəzifəyə təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinə müşavir təyin edilib.

NOCOMMENT.az Manset.az-a istinadla xəbər verir ki, bu, Lalə Abdullayevadır.

L.Abdullayeva 2024-cü mayından ADRA-da şöbə müdiri vəzifində çalışırdı.

O, dövlət qurumuna qədər isə bağlanan Dövlət Sığorta Kommersiya Şirkətində (“Azərsığorta”) çalışıb. 2023-cü ilin sentyabrından 2024-cü ilin oktyabrına qədər İdarə heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, ADRA sədri Fərhad Adıgözəlov da, “Azərsığorta”da çalışıb. Prezidentin 7 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Adıgözəlov Dövlət Sığorta Kommersiya Şirkətinin sədri, 16 aprel 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Lalə Abdullayeva yüksək vəzifəyə TƏYİN EDİLDİ