ABŞ Asiyada raketlər yerləşdirəcək – Məqsəd…backend

ABŞ Asiyada raketlər yerləşdirəcək – Məqsəd…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Asiyada orta mənzilli raketlər yerləşdirəcək. Məqsəd Çinin qarşısını almaqdır”.

NOCOMMENT.az xəbər verir ki, Birləşmiş Ştatların Sakit okeandakı Quru Qoşunlarının komandanı Çarlz Flinn belə deyib.

Bildirib ki, Çinin raket imkanlarının modernləşdirilməsinə qarşı çıxış yolunu tapmaq son dərəcə vacibdir. O, silah növləri, yerləşdirilmə tarixləri və planlaşdırılan yerlər barədə konkret məlumat verməyib.

Qeyd edək ki, əvvəllər, SSRİ ilə ABŞ arasında 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Qüvvələri haqqında Müqavilənin müddəalarına uyğun olaraq, Vaşinqton 500-dən 5500 kilometrə qədər məsafədə yerüstü ballistik raketləri, qanadlı raketləri və raket buraxılış sistemlərini yerləşdirə bilməzdi. Lakin ABŞ-ın keçmiş Pezidenti Donald Tramp 2019-cu ildə Rusiyanın müqaviləni pozduğunu əsas gətirərək sazişdən çıxıb.