ABŞ bu ölkəyə böyük endirimlə silahlar satırbackend

ABŞ bu ölkəyə böyük endirimlə silahlar satır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ çox böyük endirimlə Slovakiyaya 12 ədəd yeni “Bell AH-1Z Viper” helikopterini təklif edib. Təklif Bratislavanın MiQ-29 qırıcılarını Ukraynaya vermək istəyi ilə bağlıdır.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad deyib.

Onun sözlərinə görə, ABŞ-ın təklif etdiyi müqaviləyə helikopterin ehtiyat hissələri, təlimlər və 500-dən çox “AGM-114 Hellfire II” raketləri daxildir:

“Sövdələşmənin bir hissəsi olaraq, Bratislava 3-4 il ərzində dəyəri 1 milyard dollardan çox olan paket üçün 340 milyon dollar ödəyəcək, qalanı isə ABŞ-ın xarici hərbi maliyyələşdirmə proqramı çərçivəsində qarşılanacaq. Bu təklif çox sərfəlidir və Slovakiyanın müdafiə potensialını xeyli artıracaq. İndi döyüş helikopterlərimiz yoxdur, ona görə də bu, tamamilə yeni bir döyüş qabiliyyəti olacaq”.