Nigerdə ​​ABŞ qoşunlarının çıxarılması tələbi ilə nümayiş keçirilibbackend

Nigerdə ​​ABŞ qoşunlarının çıxarılması tələbi ilə nümayiş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigerin şimalında, ABŞ-ın bölgədəki ən böyük hərbi-hava qüvvələri bazasının yerləşdiyi Aqadez şəhərində Amerika qoşunlarının dərhal çıxarılması tələbi ilə nümayiş keçirilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Qeyd olunub ki, bir neçə yüz etirazçı ABŞ qoşunlarının Nigerdən çıxarılmasını tələb edən plakatlarla yanaşı, Niger, Burkina Faso, Mali və Rusiyanın dövlət bayraqları qaldırılıb.

Etiraz aksiyasını Nigerin hazırkı hakimiyyətini dəstəkləyən 24 vətəndaş cəmiyyəti birliyi təşkil edib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları öz hərbi kontingentini Nigerdən çıxarmağa razılaşıb.