ABŞ Çin firmalarına sanksiya tətbiq edəcəkbackend

ABŞ Çin firmalarına sanksiya tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ballistik raketlərin istehsalı üçün material və ya texnologiyanı Pakistana ötürdüklərini güman edərək 3 Çin şirkətinə qarşı birtərəfli sanksiyalar tətbiq etmək qərarına gəlib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

Yazılı açıqlamada qeyd edildiyi kimi, söhbət General Technology Limited, Beijing Luo Luo Technology Development Co Ltd və Changzhou Utek Composite Company Ltd şirkətlərindən gedir.

“Mərkəzi Çin Xalq Respublikasında olan bu üç təşkilat Pakistanın ballistik raket proqramına raket səviyyəli məhsulların tədarükü üzərində işləyirdi”, – ABŞ xarici siyasət rəsmisi bildirib.