ABŞ-da prezident seçkilərinin ilkin nəticələri açıqlanıb: Tramp liderdirbackend

ABŞ-da prezident seçkilərinin ilkin nəticələri açıqlanıb: Tramp liderdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd, hazırkı dövlət başçısı Donald Tramp İndiana ştatında səslərin 1 faizinin hesablanmasından sonra gözlənildiyi kimi 72 faiz səs toplayıb.

NOCOMMENT xəbər verir ki, bu barədə “Fox News” bildirib.

Telekanal qeyd edib ki, səslərin 1 faizi hesablanıb. Hazırkı nəticələrə əsasən Tramp 72 faiz seçici səsini toplayıb, onun rəqibi Co Bayden isə 26,1 faiz səs qazana bilib.

Eyni zamanda ilk seçki məntəqələrinin bağlandığı İndiana və Kentukkidə də səsvermələrin nəticələri açıqlanıb. İlkin nəticələrə görə Donald Tramp bu məntəqələrdə liderdir.

Donald Trampın Nyu-Qempşirdə keçirilən prezident seçkilərində də liderlik etdiyi məlum olub.

İlkin nəticələrə əsasən hazırkı dövlət başçısına seçicilərin 16, Baydenə isə 10 faizi səs verib.