Pxenyanın öz nüvə silahına sahib olmasının əsas səbəbi…..backend

Pxenyanın öz nüvə silahına sahib olmasının əsas səbəbi…..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Pxenyana qarşı sanksiyaları KXDR-in hərbi qüdrətini gücləndirməsinə gətirib çıxarır və beləliklə, Vaşinqton öz boynuna ilgək atır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə KXDR xarici işlər nazirinin müavini Kim Eun Çol bildirib.

“Məhz Koreya yarımadasında sanksiyalar ABŞ-ın boynuna ilgək kimi xidmət edir. <…> ABŞ-ın BMT-də hər dəfə yeni sanksiya qətnamələri uydurması KXDR-in daha güclü nüvə sınağına səbəb olub”, – diplomat bildirib. Onun sözlərinə görə, ABŞ digər dövlətlərin ağalığına və tabeliyinə həddən artıq önəm verir, sanksiyalardan diplomatik vasitə kimi istifadə etməyə üstünlük verir.

Kimin sözlərinə görə, Pxenyanın öz nüvə silahına sahib olmasının əsas səbəbi ABŞ-dan gələn nüvə təhlükəsi olub.

O qeyd edib ki, Şimali Koreya öz təhlükəsizliyini ABŞ-ın artan təhdidindən, sanksiyalarından və təzyiqindən etibarlı şəkildə qoruyacaq və təhlükəsizlik nəzarətini gücləndirmək üçün daha güclü tədbirlər görəcək.