ABŞ-dan Laçın yolu açıqlaması: Vaşinqton mesaj göndərdibackend

ABŞ-dan Laçın yolu açıqlaması: Vaşinqton mesaj göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Laçın yolunda yaranmış son vəziyyəti şərh edib.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bu gün jurnalistlər qarşısında çıxış edən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays yolda yaranmış vəziyyətin normallaşdırılması üçün ilk mərhələdə tərəflərin yüklərin hərəkəti üçün bütün maneələrin aradan qaldırılması gərəkdiyini bildirib.

Diqqət çəkən məqam Praysın İrəvana mesaj göndərməsi olub. Belə ki, Vaşinqton nümayəndəsi dolayı yolla İrəvana Laçın yolunun Azərbaycanın da tələb etdiyi kimi yalnız qeyri-hərbi yüklər üçün istifadə edilməsi gərəkdiyini bildirib:

“Dövlət katibi bu məsələni Ermənistan baş naziri və Azərbaycan Pprezidenti ilə müzakirələrində qaldırıb. O qeyd edib ki, Laçın yolu şəxsi və kommersiya keçidləri üçün sərbəst olmalıdır”.

Qeyd edək ki, Laçın yolunda iki aydan çoxdur etiraz aksiyaları davam etsə də, etirazçılar humanitar və kommersiya məqsədilə daşınan yüklərin giriş-çıxışına heç bir əngəl yaratmırlar. Buna da ən böyük sübut Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlılarının avtomobillərinin ərazidən gün ərzində dəfələrlə keçərək, bölgəyə yardımlar gətirməsi göstərilə bilər.