ABŞ-ın Texas ştatında 4,8 bal gücündə zəlzələ baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin saytında məlumat verilib.
Departamentin məlumatına görə, zəlzələnin episentri 11,7 min nəfər əhalisi olan Snayder şəhərindən 23 km şərqdə yerləşib. Fəlakətin mənbəyi 1,9 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə hazırda məlumat yoxdur.