ABŞ Dövlət Departamenti Gürcüstana xəbərdarlıq etdibackend

ABŞ Dövlət Departamenti Gürcüstana xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Gürcüstan anti-Qərb ritorikasına və xarici agentlər qanun layihəsinə görə Avropa İttifaqı və NATO-ya üzvlük perspektivlərini riskə atır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Diplomatın sözlərinə görə, Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri Aİ və NATO-ya daxil olmaq üçün zəruri olan demokratik dəyərlərə uyğun gəlmir və ölkənin Avroatlantik inteqrasiya yolunu təhlükə altına qoyur.

Miller həmçinin qeyd edib ki, ABŞ artıq 32 ildir ki, Gürcüstan iqtisadiyyatına yardım edir, lakin Tiflis bu dəstəyi yanlış şərh edib və bu, onun effektivliyinə xələl gətirir. O qeyd edib ki, Vaşinqton Gürcüstanda etirazçılara qarşı güc tətbiqini pisləyir.

Dövlət Departamentinin sözçüsü hesab edir ki, Gürcüstanda kütləvi etirazlara səbəb olan qanun layihəsi Moskvadan “ilhamlanıb”.