ABŞ Dövlət Departamentindən Türkiyəyə başsağlığıbackend

ABŞ Dövlət Departamentindən Türkiyəyə başsağlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə və Suriyada baş verən zəlzələlərdə həyatını itirənlərə başsağlığı verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Blinken yazılı açıqlama verib.

“Birləşmiş Ştatlar bu gün baş verən zəlzələlər nəticəsində Türkiyə və Suriyada faciəvi insan tələfatı və dağıntılardan dərin təəssüf hissi keçirir. Zəlzələdən zərər çəkənlərin ailələrinə başsağlığı veririk və hərtərəfli müdaxilə variantlarımızı dəyərləndiririk” – deyə açıqlamada bildirilib.

“Biz qarşıdakı günlərdə, həftələrdə və aylarda bu zəlzələlərdən zərər çəkənlərə kömək etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq.” – Blinken qeyd edib.

NOCOMMENT.AZ