ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdibackend

ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ermənistandakı səfirliyi ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında məlumat yayılıb.

Qeyd olunub ki, İrəvanda 5 noyabrda keçirilməsi gözlənilən mitinq zamanı qarşıdurmalar ola və gözlənilməz vəziyyət yarana bilər.

ABŞ-ın ölkədəki səfirliyi öz vətəndaşlarını bu mitinqdə iştirakdan çəkinməyə və insanların sıx toplaşdığı yerlərdən uzaq olmağa çağırıb: “Hətta dinc keçirilməsi nəzərdə tutulan mitinqlər də qarşıdurmaya çevrilə bilər və bu səbəbdən sərt tədbirlərin tətbiqi gözlənilir”.

Xatırladaq ki, sabah Ermənistan müxalifəti Fransa meydanında mitinq keçirəcək.