ABŞ gəmisi Qırmızı dənizdə husilərin iki raketini vurubbackend

ABŞ gəmisi Qırmızı dənizdə husilərin iki raketini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Grevely” hərbi gəmisi Qırmızı dənizdə Husilərin raketlərini vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Departament izah edib ki, gəmi Husilərin Danimarkanın “Maersk” şirkətinin konteyner gəmisinə hücumuna cavab olaraq iki gəmi əleyhinə ballistik raketi vurub.

“Maersk” ticarət gəmisi Qırmızı dənizin cənubundan keçərkən atəşə tutulub. Gəmiyə ciddi ziyan dəyməyib və tələfat yoxdur.

Bundan əvvəl Yəməndəki husilər Qırmızı dənizdə daha bir konteyner gəmisini atəşə tutublar. Husilərin hərbi sözçüsü Yəhyanın sözlərinə görə, husilər Qırmızı dənizdə gəmilərin hərəkətini pozmayıblar, çünki onların hərəkətləri İsraillə əlaqəsi olan gəmilərə qarşı yönəlib.