ABŞ gəmisi vuruldu – Yəmənin CAVABIbackend

ABŞ gəmisi vuruldu – Yəmənin CAVABI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəməndəki husi üsyançıları Amerikanın “Chem Ranger” adlı yük gəmisinə raket hücumu həyata keçirdiklərini və gəmini vurduqlarını iddia ediblər.

NOCOMMENT.az xəbər verir ki, husi qüvvələrinin nümayəndəsi Yəhya Sari bu haqda məlumat verib.

Onun sözlərinə görə, hücumlar ABŞ-nin husilərə qarşı endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib:

“Yəmən silahlı qüvvələrinin dəniz qüvvələri Ədən körfəzində ABŞ-nin “Chem Ranger” gəmisinə qarşı bir sıra dəniz raketlərindən istifadə edərək hədəfə alma əməliyyatı həyata keçirib. Vuruş dəqiq alınıb. Yəmən silahlı qüvvələri vurğulayır ki, Amerika və Britaniya cinayətlərinə cavab qaçılmaz olaraq davam edir və hər hansı yeni cinayət qisas və cəzasız baş verməyəcək”.