Bölgədəki hərbi-siyasi aktivliyin artması fonunda ABŞ hökumətinə məxsus təyyarələrin Pakistana gəlişi diqqət mərkəzinə düşüb. Son məlumatlara görə, rəsmi Vaşinqtona aid bir neçə xüsusi təyinatlı hava gəmisi artıq ölkə ərazisindədir.
NOCOMMENT.az xəbər verir ki, ABŞ hökumətinə məxsus azı altı təyyarə Pakistan Hərbi Hava Qüvvələrinin Rəvalpindi şəhərində yerləşən “Nur Xan” bazasına eniş edib. Təyyarələrin göyərtəsində rabitə və kommunikasiya avadanlıqları, karvan daşımaları üçün nəzərdə tutulmuş xüsusi təchizat və digər yardımçı materialların olduğu bildirilir.
Bu yükün və hərbi hərəkətliliyin konkret məqsədi barədə tərəflər hələlik rəsmi açıqlama verməyiblər. Lakin ekspertlər bu addımı ABŞ-ın regiondakı strateji maraqlarının qorunması, birgə hərbi təlimlər və ya lojistik dəstək əməliyyatlarının tərkib hissəsi kimi qiymətləndirirlər. Pakistandakı hərbi bazada qeydə alınan bu intensivlik həm daxili, həm də regional təhlükəsizlik kontekstində yaxından izlənilir.
Sara,
NOCOMMENT.az










