ABŞ-ın bəzi konqresmenlərinin Ukraynaya qoşun yeritmək istəyi məlum olubbackend

ABŞ-ın bəzi konqresmenlərinin Ukraynaya qoşun yeritmək istəyi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi amerikalı qanunvericilər Ukraynaya qoşun göndərmək istəyirlər.

NOCOMMENT.az “newsweek”ə istinadən xəbər verir ki, bu barədə konqresmen Mardjori Teylor Qrin bildirib.

“Müxtəlif iclaslarda insanların bu barədə pıçıldadığını eşitdim: onlar (qanunvericilər) əmilərimizi, əmiuşaqlarmızı və oğullarımızı cəbhəyə, Ukraynaya göndərmək istəyirlər”, – deyə Qrin qeyd edib.

Nəşrin məlumatına görə, konqresmenin müvafiq addımların müzakirəsini kimdən eşitdiyi və bu müzakirələrin nə qədər ciddi olduğu bəlli deyil. Konqresmen heç bir təfərrüatı açıqlamayıb.