ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunubbackend

ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, R.Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.

Yanvarın 1-də vəzifəsinin icrasına başlayan E.Adamsın komandasında üç türk yer alıb. Onlardan biri də R.Abbasovadır.

Qeyd edək ki, həmyerlimiz E.Adamsla 2016-cı ildən bu günə kimi – o Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir.