ABŞ-ın Qafqaz PLANI: Rusiya çətin vəziyyətə düşübbackend

ABŞ-ın Qafqaz PLANI: Rusiya çətin vəziyyətə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb hesab edir ki, Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münaqişələri olmasa, Rusiyanın regiona təsir imkanları azala bilər”

NOCOMMENT.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Suren Sarkisyan deyib. O əlavə edib ki, ABŞ-ın minimum planı Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətmək, maksimum planı isə Moskvanı regiondan sıxışdırmaqdır. Qərb görür ki, indiki hakimiyyət əvvəlkilərlə müqayisədə birtərəfli güzəştlərə getməyə hazırdır.

Sarkisyan bildirib ki, bu planların həyata keçirilməsi üçün yaxşı imkanlar var: “Erməni soyqırımı”nın (qondarma soyqırım xülyası – red) beynəlxalq səviyyədə tanınması məsələsi artıq Ermənistanın xarici siyasət gündəmində deyil. Hətta ABŞ-ın bir çox ştatlarında Ermənistan səfirləri tədbirlərə qatılmır. ABŞ üçün Qarabağ məsələsinin həlli yolu var idi və əsas odur ki, Rusiyanın təsir imkanları zəifləməlidir. Bölgə həm də İran və Türkiyə ilə qonşudur. Qərb onların himayəsi altında və Rusiya geri çəkiləcəyi təqdirdə bölgəyə gələcək. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bu məntiqə uyğundur. Bununla yanaşı, Rusiya xüsusilə sanksiyalar kontekstində çətin vəziyyətə düşüb”, – Sarkisyan vurğulayıb./Konkret.az