Rusiya prezidenti Vladimir Putin qələbəyə qədər Ukraynada müharibə aparmaq niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NBC News telekanalı ABŞ rəsmi şəxlərinə istinadən məlumat yayıb.
Məlumata görə, bu qənaət ABŞ kəşfiyyatının ABŞ Konqresinin üzvlərinə təqdim etdiyi hesabatda əks olunub.
Amerikalı analitiklər hesab edirlər ki, ABŞ prezidenti Donald Trampın çağırışlarına baxmayaraq, Rusiya rəhbərliyinin müharibəni bitirmək üçün güzəştə getməyə hazır olduğuna dair heç bir əlamət görünmür. Üstəlik, Rusiya ordusunun döyüş meydanında ciddi itkilər verməsi və daxili iqtisadi problemlər, yəqin ki, Vladimir Putinin nəyin bahasına olursa olsun, döyüş meydanında qələbə qazanmaq əzmini gücləndirir.
ABŞ kəşfiyyatının hesabatında deyilir ki, Putin ölkəsi üçün Ukrayna ərazisini təmin etməli, Ukraynaya müdaxiləsi nəticəsində verdiyi humanitar və maliyyə qurbanlarına haqq qazandırmaq üçün Rusiyanın təsirini genişləndirməlidir.
Ağ Evin nümayəndəsi bu məlumatı şərh etməkdən imtina edərək, Amerikanın “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalarını prezident Trampın müharibənin sona çatmasını sürətləndirmək səylərinin sübutu kimi göstərib.
“Birləşmiş Ştatlar müharibənin sülh yolu ilə dayandırılması naminə çıxış etməyi davam etdirəcək. Davamlı sülh Rusiyanın vicdanla danışıqlara hazır olmasından asılıdır”, – onun bəyanatında deyilir.
Xatirə SADİQ













