ABŞ prezidenti İsrailə haqq qazandırdı – “Hüququ var…”backend

ABŞ prezidenti İsrailə haqq qazandırdı – “Hüququ var…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İsrailin HƏMAS-ın hücumlarına cavab vermək hüququna malik oldu]unu bildirib.

NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

“Başa düşdüyüm kimi, onlar İsrail əsgərini öldürdülər. Ona görə də israillilər cavab zərbəsi endiriblər və onlar zərbəsi endirməli idilər. Belə hadisə olanda onlar cavab verməlidirlər. Heç kin İsrail əsgəri ilə nə baş verdiyini bilmir, lakin onlar deyirlər ki, bu, snayper atəşi olub. Və bu, qisas idi və düşünürəm ki, onların bunu etməyə haqqı var”, – ABŞ prezidenti vurğulayıb.

Trampın fikrincə, bu, atəşkəs haqqında sazişə təsir etməyəcək: “Siz başa düşməlisiniz ki, HƏMAS Yaxın Şərqdə sülhün çox kiçik hissəsidir və onlar özlərini layiqli aparmalıdırlar. Əgər onlar (HƏMAS) yaxşıdırlarsa, xoşbəxt olacaqlar, pisdirlərsə, məhv olacaqlar”.

Qəzza səhiyyə orqanlarından bildirilib ki, zərbələr nəticəsində azı 26 nəfər ölüb.

Xatirə SADİQ