ABŞ prezidentliyinə namizəd: Bu dünya müharibəsinə səbəb ola bilərbackend

ABŞ prezidentliyinə namizəd: Bu dünya müharibəsinə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd Nikki Heyli bəyan edib ki, Ukraynanın müharibədə məğlub olması dünya müharibəsinə səbəb ola bilər.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Heyli CNN televiziyasının “CNN Town Hall” proqramında sualları cavablandırıb.

Rusiya-Ukrayna müharibəsində Ukraynaya verilən dəstəyin əhəmiyyətini vurğulayan Heyli, “Bu (müharibə) Ukraynadan daha böyükdür. Bu, azadlıq savaşıdır və qalib gəlməli olduğumuz bir müharibədir” deyə açıqlama verib.

Heyli Ukraynanın qələbəsinin hər kəs üçün vacib olduğunu vurğuladı.

NOCOMMENT.AZ