ABŞ Qaqarinin uçuşunu mütləq nailiyyət adlandırıbbackend

ABŞ Qaqarinin uçuşunu mütləq nailiyyət adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın qeyri-kommersiya təşkilatı olan Kosmos Fondunun strateji kommunikasiyalar üzrə vitse-prezidenti Riçard Kuper bildirib ki, sovet kosmonavtı Yuri Qaqarinin kosmosa uçuşu öz dövrü üçün unikal nailiyyət olub.

NOCOMMENT.az xəbər verir ki, o, fikirlərini RİA Novosti-yə müsahibəsində bölüşüb.

“Yurinin öz dövründə əldə etdiyi işlər qabaqcıl texnologiya və mütləq nailiyyət idi”, – deyə o, Koloradoda ilk insanın kosmosa uçuşuna həsr olunmuş “Müqəddəs Georgi gecəsi” tədbiri çərçivəsində keçirilən kosmos konfransında bildirib.

Riçard Kuper vurğulamışdır ki, Qaqarinin uçuşu çox böyük cəsarət və istedad tələb edən məchulluğa ilk addımdır. “Yurinin ardınca gedən hər kəs onun izi ilə getdi”, – deyə Kuper bildirib.

O, həmçinin qeyd edib ki, bu gün ABŞ-da və digər ölkələrdə daha çox gənc analoji iş görmək imkanından xəbərdardır.

“Ancaq hər hekayənin başlanğıcı var. Yurinin etdiklərinin hekayəsini danışmaq vacibdir”, – təşkilatın nümayəndəsi vurğulayıb.