Tesla və SpaceX-in rəhbəri İlon Mask ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun mesajlarına cavab verməyib. Consonun sözlərinə görə, bu, Maskın ABŞ prezidenti Donald Tramp ilə mübahisəsindən sonra baş verib və Mask telefon nömrəsini dəyişib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə New York Post qəzetinə verdiyi müsahibəsində Conson danışıb.
Conson bildirib ki, Tramp ilə Mask arasında barışıq yaratmağa çalışıb. Onun sözlərinə görə, mübahisədən sonra Maskla əlaqə qurmağa cəhd edib. Bundan əlavə, ABŞ prezidentinin də bu təşəbbüsə qarşı çıxmadığını deyib.
“Maska uzun bir mesaj göndərdim, sonra isə məlum oldu ki, o, telefon nömrəsini dəyişib. Başa düşdüm ki, bu mesaj heç yerə getdi və o, onu oxumadı”, – deyə Conson bildirib.
Bununla belə, o əlavə edib ki, sonradan üçüncü bir şəxs vasitəsilə Maskla əlaqə saxlaya bilib.