ABŞ süni intellektə qarşı sərt tədbirlər görməyi planlaşdırırbackend

ABŞ süni intellektə qarşı sərt tədbirlər görməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti ChatGPT chatbot kimi süni intellektli robotlardan sui-istifadə hallarına qarşı sərt tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib.

NOCOMMENT xəbər verir ki, ABŞ mətbuatında ABŞ Federal Ticarət Komissiyasının sədri Lina Khanın Ədliyyə Nazirliyi, Bərabər Məşğulluq İmkanları Komissiyası və İstehlakçıların Maliyyə Müdafiəsi Bürosunun rəsmiləri ilə görüşdüyü bildirilib.

İclasdan sonra yayımlanan birgə bəyanata görə, görüşdə süni intellektin ədalətsiz, aldadıcı və ya sui-istifadə hallarına qarşı tədbir görülməsi istiqamətində səylər müzakirə edilib.

Gündəlik həyatda geniş yayılmış süni intellektli robotlardan sui-istifadə hallarına qarşı hüquq, ədalət və bərabərlik prinsiplərini müdafiə etmək öhdəliyi götürülüb.

Süni intellektin müəyyən sahələrdə faydalı ola biləcəyi vurğulansa da, onun qanunsuz istifadə oluna biləcəyi və ayrı-seçkiliyə səbəb ola biləcəyi vurğulandı.

Sürətlə inkişaf edən süni intellekt və buna bənzər sistemlərin ABŞ qanunlarına uyğun istifadə ediləcəyinə diqqət çəkilərək, süni intellektli robotlardan sui-istifadə hallarına qarşı sərt tədbirlər görəcəkləri barədə xəbərdarlıq edilib.