ABŞ TikToku qadağan edir – Çindən REAKSİYAbackend

ABŞ TikToku qadağan edir – Çindən REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Nümayəndələr Palatasında TikTok-u qadağan edən qanun layihəsinin qəbulundan sonra Çin ABŞ-ni tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bu qərarın ədalətli rəqabət prinsipini, eləcə də beynəlxalq iqtisadi və ticarət qaydalarını pozduğunu deyib:

“ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi Vaşinqtonu ədalətli rəqabət prinsipinin və beynəlxalq iqtisadi və ticarət qaydalarının əks tərəfinə qoyur. Əgər milli təhlükəsizlik deyilən səbəblərdən başqa ölkələrin rəqabətədavamlı şirkətlərini özbaşına sıxışdırmaq üçün istifadə oluna bilərsə, onda heç bir ədalət olmayacaq. Başqalarında olan yaxşıları qoparmaq üçün hər vasitəyə əl atmaq sırf quldurların məntiqidir.

ABŞ-nin TikTok məsələsini həll etməsi dünyaya Vaşinqtonun sözdə qayda və əmrlərinin dünya üçün faydalı olub-olmadığını və ya yalnız özünə xidmət etdiyini daha aydın görməyə imkan verəcək. Biz həmişə xaricdən müxtəlif növ platforma və xidmətlərin Çin qanunlarına və qaydalarına riayət etməklə bazarımıza daxil olmasını alqışlamışıq. BŞ-nin TikTok məsələsi ilə bağlı qərarı isə zorakılığın və quldurluğun göstəricisidir”.

Xatırladaq ki, Qanun layihəsi Senat tərəfindən də qəbul edilməli, ardınca prezident Co Bayden tərəfindən imzalanmalıdır.