ABŞ vitse-prezidenti Ceyms Vensin korteji noyabrın 14-də qəzaya uğrayıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir polis əməkdaşı ağır xəsarət alıb.
İnsident Tennessi ştatının Merivil şəhərində qeydə alınıb. Həmin gün Vensin müşayiəti zamanı kortejə daxil olan və polisə məxsus “SUV” tipli avtomobil qəzaya uğrayıb.
Qəza zamanı polis əməkdaşı Castin Braun ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kritik olduğu və əməliyyat olunduğu bildirilir.













