“Abzas Media” işi üzrə daha bir nəfər saxlanılıbbackend

“Abzas Media” işi üzrə daha bir nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Elnarə Qasımova saxlanılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.

O deyib ki, Elnarə Qasımova “Abzas Media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, “Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.