ADA-nın 696 bal toplayan tələbəsi faciəvi şəkildə vəfat etdi – YENİLƏNİBbackend

ADA-nın 696 bal toplayan tələbəsi faciəvi şəkildə vəfat etdi – YENİLƏNİB 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 nəfərin dəm qazından zəhərlənərək ölmələri faktı üzrə araşdırma aparılır.

NOCOMMENT.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

***

ADA Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənovun ötən gecə yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi digər təfərrüatı da ortaya çıxarıb.

NOCOMMENT.az “Modern”ə istinadən xəbər verir ki, Sərxanın özündən böyük qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.

Əldə olunan məlumata görə, 2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənib.

Sərxan Həsənov isə ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü olub. O, 2019-cu ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub.

S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirib.

Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

ADA Universitetinin tələbəsi dəm qazından boğularaq ölüb.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan, universitetin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.