Afətdən cavabsız sual: Niyə Flora Kərimova Binəqədi məhkəməsinə müraciət edir?backend

Afətdən cavabsız sual: Niyə Flora Kərimova Binəqədi məhkəməsinə müraciət edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hakim vəkilimə iddianın əsassız olması barədə heç bir məlumat verməyib. Hələ ki qərarı almamışıq. Qərarla tanış olduqdan sonra apellyasiya şikayəti veriləcək”.

NOCOMMENT xəbər verir ki, bunu yenisabah-a açıqlamasında müğənni Afət Fərmanqızı deyib.

O və jurnalist Ülviyyə Alovlunun Xalq artistinə qarşı şikayətləri əsassız hesab edilərək icraata qəbul edilməyib.

A.Fərmanqızı Nəsimi Rayon Məhkəməsinin bu qərarına münasibət bildirib: “İddialar əsassız olsaydı, vəkilimə bu barədə bildirilərdi. Flora Kərimovanın haqqımda Binəqədi Rayon Məhkəməsinə şikayəti isə tamamilə əsassız idi. Çünki mən ad çəkməmişdim.

Bundan başqa, Binəqədi Rayonu Məhkəməsində iddia müddətinin bitməsi də daxil, 5-6 maddə pozuntusuyla iş icraata götürülüb. Bəs, o niyə əsasız olmur?! Mənim şikayətimdə isə Flora Kərimova ad çəkərək bir çox məslələrdə böhtan atıb. Niyə bu iddiası əssasız hesab olunmur?!

Mən hazırda Tovuz rayonunda qeydiyyatdayam. Ülviyyə Alovlu da Binəqədi yox, Yasamal rayonunda qeydiuyyatdadır. Flora Kərimova ona qarşı da Binəqədi rayonunda şikayət ərizəsi verib. Bu qadın kimi tutdurmaq istəyirsə, Binəqədi Rayon Məhkəməsinə müraciət edir. Səbəbi nədir?!”

Xatırladaq ki, həm jurnalist Ülviyyə Alovlu, həm də müğənni Afət Fərmanqızı şikayət ərizələrində Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunmasını istəyib.