NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Amerika administrasiyası respublikaçıların Ukraynaya yardımın davam etdirilməsi şərti kimi irəli sürülən ABŞ-ın cənub sərhədinə nəzarətin gücləndirilməsi ilə bağlı tələblərini rədd etdi.Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Biz bilirik ki, Konqresdə Ukraynaya ikitərəfli dəstək var, lakin biz bir sıra respublikaçılar tərəfindən aldadıldıq”,- deyə o deyib.
Kirbi aydınlaşdırıb ki, siyasətçilər ABŞ-ın cənub sərhədində geniş sərhəd tədbirləri tələb etməklə Ukrayna dəstəyini girov saxlamaq istəyirlər.