ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasının rəhbərliyinə bağlanmanın qarşısını almaq üçün tədbirlər barədə razılığa gəlmək üçün son şans verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt Fox News telekanalına açıqlamasında bildirib.
“Prezident demokratlara ağlabatan olmaq, bu gün Ağ Evə gəlmək və bununla bağlı danışıqlar aparmağa çalışmaq üçün son şans verir. İndi Donald Trampa hücum edərək siyasi xal qazanmağın vaxtı deyil”, – administrasiyanın sözçüsü bildirib.
Levitt əlavə edib ki, indi hökumətin maliyyəsini qorumaqla Amerika xalqı üçün düzgün iş görməyin vaxtıdır.