Ağac avtomobilin üstünə aşıb, sürücü xəsarət alıbbackend

Ağac avtomobilin üstünə aşıb, sürücü xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda ağacın avtomobilin üzərinə düşməsi nəticəsində sürücü xəsarət alıb.

NOCOMMENT Report-a istinadla xəbər verir ki, hadisə rayonun Ağtala kəndində baş verib.

Belə ki, Nərəcan-Uzunoba avtomobil yolunda hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin üzərinə ağac aşıb.

Hadisə zamanı sürücü 1992-ci il təvəllüdlü Allahverdiyev Vüsal Cəlaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.