Başqırdıstanın səhiyyə naziri avtomobil qəzasında ağır xəsarət alıbbackend

Başqırdıstanın səhiyyə naziri avtomobil qəzasında ağır xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının səhiyyə naziri Ayrat Raxmatullin avtomobil qəzasında ağır xəsarət alıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Başkortostan” Dövlət Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.

Qeyd olunub ki, Karaidel-Birsk avtomobil yolunda 4 avtomobil qəza törədib və nəticədə 2 nəfər hadisə yerində ölüb.

İlkin məlumatlara əsasən, nazirə körpücük sümüyünün qapalı sınığı və kəllə-beyin travması diaqnozu qoyulub və ən yaxın xəstəxanaya aparılıb.

Qəzanın baş vermə şəraiti araşdırılır.