Ağadadaş Ağayev yenidən əməliyyat olunacaqbackend

Ağadadaş Ağayev yenidən əməliyyat olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti, müğənni Ağadadaş Ağayev yenidən əməliyyat olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, ifaçı sabah əməliyyat masasına uzanacaq:

“Ötən əməliyyat düz 5 saat çəkmişdi. Ağadadaş Ağayev üçün, nəinki mən, doğmaları, ailəsi, dostları, bütün Azərbaycan xalqı dua etdi. Qardaşımın yenə dualarımıza ehtiyacı var”.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən A.Ağayev apreldə Türkiyədə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Mayda ifaçı ikinci dəfə əməliyyat keçirməli olub.