Ağalarovun Kəlbəcərdəki konsertindən VİDEObackend

Ağalarovun Kəlbəcərdəki konsertindən VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xalq artisti Emin Ağalarov işğaldan azad olunmuş ərazilərdə konsert verib.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, Ağalarov Kəlbəcərdə yerləşən hərbi hissədə çıxış edib.

“Konsert əsgərlərimizin əhval-ruhiyyəsini yüksəltmək məqsədilə keçiriləcək. Biz bunu çoxdan etmək istəyirdik. Əvvəl ora getmək təhlükəli idi və bizi buraxmırdılar. İndi belə bir imkanımız var. Bunu Vətəninə olan sevgisindən irəli gələrək təmənnasız edən çox sayda artistimiz var”, – deyə müğənni konsertdən əvvəl sosial şəbəkə hesabında yazıb.

Kəlbəcərdəki konsertdən görüntüləri təqdim edirik: