Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Aran qəsəbəsi–Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Qazel” və “VAZ-21015” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində Orxan Vəliyev və Türkan Vəliyeva həyatını itirib. 1972-ci il təvəllüdlü Elsevər Vəliyev isə xəsarət alıb.
Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.












