Ağdərə yaxınlığında erməni hərbçinin meyiti tapıldıbackend

Ağdərə yaxınlığında erməni hərbçinin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdərədə hərbi hissələrdən birinin yaxınlığında günortadan sonra aparılan axtarış əməliyyatları nəticəsində bir ölən əsgərin qalıqları tapılıb. Əsgərin şəxsiyyəti məhkəmə tibbi ekspertizası nəticəsində müəyyənləşdiriləcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb.

Bu arada, çərşənbə axşamı münaqişə zonasında (Azərbaycanın nəzarətinə keçən ərazilərdə) cənub istiqamətində aparılan axtarış işləri heç bir nəticə verməyib. Aparılan axtarışlar nəticəsində ölən əsgərlərin və ya mülki şəxslərin qalıqları tapılmayıb.

Axtarışlar sabah davam edəcək, axtarışın istiqamətləri daha sonra açıqlanacaq.

Axtarış işləri başlayan gündən bu günə qədər müharibə zonasında 1 486 nəfərin cəsədi və qalıqları tapılıb.

Xatırladaq ki, son döyüş əməliyyatları zonasında axtarışlar Azərbaycan tərəfinin xahişi ilə fevralın 15-də dayandırılmış və bu gün bərpa edilib.