Agentlikdə yoxlamadan sonra cinayət işi başlanıbbackend

Agentlikdə yoxlamadan sonra cinayət işi başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət büdcəsindən Turizm Agentliyinə ayrılmış vəsaitlərinin icrası haqqında Hesablama Palatasının yoxlamalarının nəticəsi açıqlanıb.

NOCOMMENT xəbər verir ki, bununla bağlı Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabata əsasən, 2017-2018-ci illərdə malların (işlərin və xidmətlərin) satın alınması məqsədi ilə bağlanmış müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməməsi barədə, həmçinin “Azərbaycan Konqreslər Bürosu” MMC-nin fəaliyyətinə dair məlumatlarla bağlı aparılmış araşdırma nəticəsində cinayət işi başlanılıb.

İstintaqın gedişində 862 min manat vurulmuş ziyanın ödənilməsi təmin olunub.