Ağlamaqdan özünü saxlaya bilmirdi – Deputatdan Təhsil Nazirliyinə iradbackend

Ağlamaqdan özünü saxlaya bilmirdi – Deputatdan Təhsil Nazirliyinə irad

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün mənə Neft və Sənaye Universitetinin keçmiş müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Abıyeva zəng vurdu. Leyla xanım ağlamaqdan özünü saxlaya bilmirdi, güclə danışırdı. Xanımın söylədiyinə görə, Mustafa Babanlı heç bir əsas olmadan onu və 3 müəllimi əmrlə işdən çıxarıb. Leyla xanım Apellyasiya Məhkəməsinə qədər şikayət edib, lakin heç bir nəticə əldə etməyib”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev öz feysbuk hesabında yazıb.

Onun fikrincə, müəllimlərin işinə baxan hakimlərin çıxardığı qərarlar yenidən sərf-nəzər edilməlidir:

“Leyla xanımın dediyinə görə haqsızlıqlar ucbatından depressiyaya düşüb. Sual olunur. Nədən məhkəmədən əvvəl işdən qanunsuz azad olunmuş müəllimlərin şikayətinə Elm və Təhsil Nazirliyində baxılmayıb? Xanımın dediyinə görə, onların müraciətinə heç cavab belə verilməyib. Belə qanunsuzluq olar? Mustafa tərəfdarları, bunu da nəzərə alın. Qeyd edim ki, Leyla xanım Abıyeva Respublikının görkəmli pediatrları Rauf Abıyev və Anaxanım Axundovanın övladıdır”.

Xatırladaq ki, Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı srağagün Preizdent İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.