Ağstafada iki qardaş bıçaqlanıb, onlardan biri ölüb, digəri ağır vəziyyətdədirbackend

Ağstafada iki qardaş bıçaqlanıb, onlardan biri ölüb, digəri ağır vəziyyətdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada törədilmiş ağır cinayətin bəzi təfərrüatları məlum olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıblar. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.