Ağstafada “İnci” şadlıq sarayında kütləvi zəhərlənmə ilə bağlı ilkin araşdırmanın nəticəsi açıqlanıbbackend

Ağstafada “İnci” şadlıq sarayında kütləvi zəhərlənmə ilə bağlı ilkin araşdırmanın nəticəsi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, AQTA-dan APA-ya verilən məlumata görə, hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər görülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib.

Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.