Aİ-dən Ukraynaya 20 milyard avroluq hərbi dəstək planıbackend

Aİ-dən Ukraynaya 20 milyard avroluq hərbi dəstək planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell, Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya hərbi dəstək çərçivəsində 4 il müddətinə 20 milyard avro verməyi planlaşdırdıqlarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Toplantısının sonunda açıqlama verən Josep Borrell Ukraynaya “davamlı və proqnozlaşdırıla bilən” dəstəyin əhəmiyyətinə diqqət çəkib.

Borrell, Ukraynaya hərbi dəstək üçün istifadə edilən Avropa Sülh Fondunda bu ölkənin müdafiə ehtiyaclarını qarşılamaq üçün xüsusi bir hissə ayıraraq qarşıdakı 4 il üçün ildə 5 milyard avro təklif hazırladığını açıqlayıb.

“Bu, bizim ehtiyaclarımızın qiymətləndirilməsi və Ukrayna ilə bağlı uzunmüddətli təhlükəsizlik öhdəliklərimizin dəyəridir”.

NOCOMMENT.AZ