Aİ İranın İsrailə hücumu barədə əvvəlcədən bilirmişbackend

Aİ İranın İsrailə hücumu barədə əvvəlcədən bilirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ diplomatiya rəhbəri Cozep Borrel deyib ki, Aİ İsrail ordusunun İranın Dəməşqdəki konsulluğunu atəşə tutmasından sonra İranın İsrailə cavab zərbəsi endirəcəyini əvvəlcədən bilirdi.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Le Monde” nəşrinə müsahibəsində bildirib.

“Bizə bir neçə gün əvvəl xəbərdarlıq edilmişdi ”, – deyə Borrell qeyd edib. Lakin o, müvafiq məlumatı dəqiq haradan aldığını açıqlamayıb.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Aİ-nin siyasi məqsədi Yaxın Şərqdə münaqişənin gərginləşməsinin qarşısını almaqdır. “Bu, hər kəsin öz piyadalarını irəli sürdüyü şahmat oyununa bənzəyir”, – deyə Borrell qeyd edib.

O, həmçinin əlavə edib ki, aprelin əvvəlində Aİ nümayəndələri Dəməşqdəki konsulluğa hücumdan sonra Tehrana çatdırıblar ki, regionda heç bir ölkə hərbi münaqişəni genişləndirməkdə maraqlı deyil, “çünki bu, müharibənin davam edəcəyi anlamına gələcək”.