Aİ “qızıl” pasportlarla ticarətin artmasından narahatdırbackend

Aİ “qızıl” pasportlarla ticarətin artmasından narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Aİ rəsmiləri qızıl pasportların artan ticarətindən təşvişə düşüblər və Karib dənizi hövzəsinin beş ölkəsinin 88 min insana vətəndaşlıq “satdığını” aşkar etdikdən sonra viza nəzarətini gücləndirəcəklərini vəd ediblər. Bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb

Məqalədə deyilir: “Bir sıra ölkələr vətəndaşlığı xarici vətəndaşlara adambaşına 100 min dollardan başlayan qiymətə satırlar”.

Bununla bağlı Avropa Komissiyası vətəndaşlıq alverinin miqyası məlum olduqdan sonra viza nəzarəti qaydalarına yenidən baxılacağını vəd edib. Materialda bildirilir ki, avropalılar Karib hövzəsi ölkələrindən “qızıl” pasport almaqla insanların Aİ ölkələrinə vizasız daxil ola biləcəklərindən narahatdırlar.

Nəşrin məlumatına görə, vətəndaşlıq alanlar arasında digərlərindən daha çox iranlılar, çinlilər və ruslar var.