Aİ Ukraynaya qoşun yeritmək ideyasının təfərrüatlarını açıqlayıbbackend

Aİ Ukraynaya qoşun yeritmək ideyasının təfərrüatlarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Ukraynaya “sülhməramlılar” olaraq qoşun göndərilməsi ideyasını müzakirə etmir.

NOCOMMENT.az xəbər verir ki, bunu Reuters agentliyinə istinadən icmanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Ukraynaya sülhməramlılar göndərmək üçün orada sülh olmalıdır. Lakin [Rusiya xarici işlər naziri Sergey] Lavrovun Taker Karlsonla müsahibəsinə baxsanız, o, birbaşa deyir ki, Rusiya öz məqsədlərindən geri çəkilməyəcək. Ona görə də biz bunu müzakirə edə bilmərik”, – deyə siyasətçi bildirib.

Daha əvvəl Kallas bildirmişdi ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri dekabrın 16-da bazar ertəsi keçiriləcək görüşdən sonra Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq edəcəklər. Onun sözlərinə görə, yeni məhdudiyyətlərin əsas hədəfləri neft nəqli ilə bağlı Rusiya donanması olacaq. O, həmçinin əlavə edib ki, Çin və Şimali Koreya Rusiya ilə əməkdaşlıq ittihamı ilə sanksiyalara məruz qalacaq.