Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidirbackend

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Ukraynanı təcili olaraq hava hücumundan müdafiə sistemləri və ehtiyacı olan bütün hərbi yardımlarla təmin etməyi zəruri hesab edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ başçılarının və hökumətlərinin Brüsseldə keçirilən qeyri-rəsmi sammitinin yekun bəyanatında deyilir.

“Avropa Şurası Ukraynanı təcili olaraq hava hücumundan müdafiə imkanları ilə təmin etmək, artilleriya mərmiləri və raketlər də daxil olmaqla, bütün lazımi hərbi yardımların çatdırılmasını sürətləndirmək və intensivləşdirmək zərurətini vurğulayır”.

Bundan əlavə, sənəddə Ukraynaya humanitar yardımın göstərilməsinin intensivləşdirilməsi və mülki şəxslərin müdafiəsi səylərinin dəstəklənməsindən bəhs edilir.

Bu məqsədə nail olmaq üçün lazımi addımların Avropa İttifaqının xarici işlər nazirləri və müdafiə nazirləri səviyyəsində bazar ertəsi, aprelin 22-də keçiriləcək növbəti iclasında müzakirə edilməsi planlaşdırılır.