Akar Şoyquya zəng etdibackend

Akar Şoyquya zəng etdi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hulusi Akarın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı nazirlər Qara dənizdəki taxıl dəhlizini müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının daşınması üçün BMT və Türkiyənin vasitəçiliyi ilə əldə edilən sazişdə iştirakını dayandırıb. Rəsmi Moskva Kiyevi taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edir.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb.
Modern