“AKINCI” Səudiyyə Ərəbistanı səmasında uçacaqbackend

“AKINCI” Səudiyyə Ərəbistanı səmasında uçacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baykar ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında Bayraktar AKINCI TİHA ixrac və əməkdaşlıq müqaviləsi imzalanıb.

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Sənayesi Rəyasət Heyətinin rəhbərliyi altında həyata keçirilən Bayraktar AKINCI Layihəsi çərçivəsində milli və orijinal olaraq Baykar tərəfindən hazırlanmış Bayraktar AKINCI TİHA-lar Səudiyyə Ərəbistanı Ordusunun inventarına daxil olacaq.

Məlumata görə müqavilə çərçivəsində Baykar həmçinin təlim, texniki dəstək və logistika xidmətləri göstərəcək.

İmzalanma mərasimi iki ölkənin nümayəndə heyətlərinin Ciddədə keçirilən görüşlərindən sonra təşkil olunub. Müqavilə mərasimdə iştirak edən prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın iştirakı ilə imzalanıb.

NOCOMMENT.AZ