Akopyan Laçın yolunun bağlanmasından danışdı: Zəngəzurdan yol istəyirlərbackend

Akopyan Laçın yolunun bağlanmasından danışdı: Zəngəzurdan yol istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı ermənilərin Laçın dəhlizinin bağlanmasına qarışılıq verərək, Ağdam-Kəlbəcər, Qırmızı Bazar–Şuşa, Suqovuşan–Kəlbəcər yollarını bağlaması vəziyyətdən çıxış yolu deyil.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş komandanı, istefada olan general-polkovnik Movses Akopyan “Hraparak” qəzetinə müsahibəsində deyib.

Qeyd edək ki, Movses Akopyan Ermənistan Təhlükəsizlik Şurasının hazırkı katibi Armen Qriqoryanın dayısıdır.

“Azərbaycanlılar Kəlbəcərə getmək üçün təkcə helikopterlərdən istifadə etmirlər, onların artıq başqa yolları da var – Kəlbəcərə, Şuşaya təzə çəkdikləri yollarla gedə bilirlər”, – deyə M.Akopyan bildirib.

O, Laçın yolunun bağlanmasını faciə saymadığını da sözlərinə əlavə edib: “Qapalı saxlasınlar, biz çoxdan belə yaşamışıq, Qarabağ erməniləri nə qədər lazımdırsa, yaşayacaqlar”.

M.Akopyan deyib ki, Ermənistan üçtərəfli bəyannaməni imzalayan ölkə kimi yolun açılması üçün tədbirlər görməyə borcludur.

Jurnalistin – “siz hansı tədbirləri nəzərdə tutursunuz”, – sualına general – “bunu geniş şərh etmək istəmirəm. Amma hökumətin rıçaqları var və ondan istifadə edə bilər, axı o, Birləşmiş Millətlər Təşkilatının üzvüdür”, – deyə cavab verib.

M.Akopyan bildirib ki, Ermənistan həmfikirlər və müttəfiqlər tapmalı, o istiqamətdə işləməli, BMT Təhlükəsizlik Şurasında elə qərarlar qəbul edilməsinə nail olmalıdır ki, həyata keçirilə bilsin.

Erməni general bildirib ki, azərbaycanlıların Laçın yolundakı aksiyası Zəngəzurdan keçən eyni statusa malik yolun açılmasına nail olanadək davam edə bilər.

“Söhbət dəhlizdən gedir?”, – sualına M.Akopyan – “Mən “dəhliz” sözünü işlətmirəm”, – deyə cavab verib.